Surə 6 · Cüz 7

Al-An'am · 6:80

وَحَاجَّهُ قَوْمُهُ ۚ قَالَ أَتُحَاجُّونِّي فِي اللَّهِ وَقَدْ هَدَانِ ۚ وَلَا أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلَّا أَنْ يَشَاءَ رَبِّي شَيْئًا ۗ وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا ۗ أَفَلَا تَتَذَكَّرُونَ

80. Qövmü onunla höcət­ləş­di. O de­di: “Allah məni doğru yola yönəlt­diyi halda, siz Onun barə­sində mənimlə hö­cət­ləşir­siniz? Rəb­bimin istə­diyi şey­lər­­dən başqa mən, sizin Ona şə­rik qoşduq­la­rı­nızdan qorx­mu­ram. Rəb­bim el­mi ilə hər şeyi əhatə etmiş­dir. Mə­gər düşü­nüb ibrət alma­ya­caqsınız?

Təfsir

Müşrik qövmü onunla pak olan Allahın təkliyi barədə höcət­ləş­ib, onu öz bütlərindən qorxuzmağa çalışdılar. İbrahim - aleyhissəlam - onlara de­di: "Siz mənimlə Allahn təkliyi və ibadətdə Onu təkləşdirmək barəsində hö­cət­ləşir­siniz? Artıq Rəbbim məni doğru yola yönəlt­diyi, mən sizin bütlərinizdən qorxmuram, çünki onlar Allahın istədiyindən başqa mənə zərər və ya fayda verməyə qadir deyillər, Allah nə istəsə o, olur. Hər bir şeyin elmi Allah qatındadır, yerdə və göydə Ona heç bir şey gizli qalmaz. Ey Qövmüm! Mə­gər Allaha qarşı küfr edib, Ona şərik qoşduğunuzu düşü­nüb, tək Ona iman gətirməyəcəksinizmi?!"

Oxuyucuda aç - Surəni tam oxu