Surə 6 · Cüz 7

Al-An'am · 6:71

قُلْ أَنَدْعُو مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللَّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الْأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا ۗ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَىٰ ۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ

71. De: “Biz Allahı qoyub bi­zə nə bir xeyir, nə də bir zərər verə bilməyən şey­­lərəmi iba­dət edəcə­yik? Allah bizi doğ­ru yola yönəlt­dikdən sonra, şey­tan­la­rın yer üzün­də azdır­dığı, mömin dost­ları­nın isə: “Bizə tə­rəf gəl!”– deyib doğru yola ça­­ğır­dıqları çaşbaş qa­lan kim­sə ki­mi ge­ri­yəmi döndə­riləcəyik?” De: “An­caq Alla­­hın haqq yolu doğru yoldur! Bizə əmr edil­mişdir ki, aləm­lərin Rəb­binə təs­lim olaq.

Təfsir

Ey Peyğəmbər, müşriklərə de: "Məgər biz Allahı qoyub bi­zə nə bir xeyir, nə də bir zərər verəməyə qadir olmayan bütlərəmi iba­dət edəcə­yik?! Allah bizi doğ­ru yola müvəffəq etdikdən sonra, şey­tan­la­rın azdırıb çaşbaş buraxaraq doğru yola yönəlməyən kim­sə ki­mi iman etdikdən sonra mürtədmi olacağıq?!" Halbuki onun doğru yolda olan mömin dostları onu haqqa çağırdıqda isə o, onların çağırışlarına cavab verməkdən imtina edirdi. Ey Peyğəmbər, onlara de: "Həqiqətən Alla­­hın doğru yolu, doğru haqq yoldur! Allah bizə, pak və uca olan Allaha ibadət edməyi əmr edmişdir. O, aləm­lərin Rəb­bidir.

Oxuyucuda aç - Surəni tam oxu