Surə 6 · Cüz 7
Al-An'am · 6:61
وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۖ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰ إِذَا جَاءَ أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ
61. O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi mələklər göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz mələklər onun canını alırlar və heç bir səhvə yol vermirlər.
Təfsir
Allah Öz qulları üzərində yenilməz qüvvət sahibidir və onları zəlil etməyə qadirdir. O, qullarından hər bir baxımdan ucadır. Hər bir şey Ona boyun əymişdir. Pak və uca olan Allah cəlalına layiq şəkildə Öz qulları üzərindədir. Ey İnsanlar! O sizə ölüm mələyi və onun köməkçiləri ruhunuzu alıb əcəliniz sona çatana qədər əməllərinizi yazan hörmətli mələklər göndərir və onlar əmr olunduqları işdə heç bir səhvə yol verməzlər.