Surə 6 · Cüz 7
Al-An'am · 6:59
۞ وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
59. Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.
Təfsir
Qeybin xəzinələri yalnız Allah yanındadır. Qeybi Ondan başqa kimsə bilməz. O, quruda və dənizdə olan hər bir heyvanı, bitki və cansız məxluqatı bilir. Harada olmasından aslı olmayaraq yerə düşən elə bir yarpaq, yerin qaranlıqlarında gizli qalan elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, o, əzəldən açıq-aydın kitabda, Lövhi-Məhfuzda olmasın.