Surə 6 · Cüz 7

Al-An'am · 6:56

قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ ۚ قُلْ لَا أَتَّبِعُ أَهْوَاءَكُمْ ۙ قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَا مِنَ الْمُهْتَدِينَ

56. De: “Allahdan başqa yal­var­dıq­larınıza ibadət etmək mə­nə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin is­təklə­rinə uy­ma­ram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəl­miş­­lər­dən olmaram”.

Təfsir

Ey Peyğəmbər! De: "Allah məni sizin Ondan başqa ibadət etdiklərinizə ibadət etməyi qadağan etmişdir". Ey Peyğəmbər! De: "Mən sizin Allahdan başqasına ibadət etmək istəyinizə uymaram. Əgər sizin bu istəyinizə tabe olsam bu zaman mən haqq yoldan azar və doğru yola yönələn olmaram, bu ancaq Allahdan heç bir burhan olmadan öz istəklərinə tabe olanların işidir".

Oxuyucuda aç - Surəni tam oxu

Al-An'am 6:56 · Tlawati