Surə 6 · Cüz 7

Al-An'am · 6:46

قُلْ أَرَأَيْتُمْ إِنْ أَخَذَ اللَّهُ سَمْعَكُمْ وَأَبْصَارَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُمْ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِهِ ۗ انْظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ ثُمَّ هُمْ يَصْدِفُونَ

46. De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və gör­mə qa­­bi­liy­yə­tinizi əli­­nizdən al­sa, qəlb­­lərinizə mö­hür vur­sa, Allah­dan başqa hansı məbud on­ları si­zə qay­tara bilər?” Bax gör, Biz ayələri ne­cə izah edi­rik, sonra onlar ye­nə üz çe­vi­rirlər.

Təfsir

Ey Peyğəmbər! Müşriklərə de: "Bir mənə deyin görək, əgər Allah eşitmə qa­­bi­liy­yə­tinizi əli­­nizdən alıb sizi kar və gör­mə qa­­bi­liy­yə­tinizi əli­­nizdən alıb siz kor edib, qəlb­­lərinizə mö­hür vurub heç bir şey anlamasaz, hansı haqq məbud itirdiyiniz bu şeyləri si­zə qay­tara bilər?" Ey Peyğəmbər! Bax gör, Biz müxtəlif növ dəlilləri onlara ne­cə bəyan edi­rik, sonra onlar ye­nə də bu dəlillərdən üz çe­vi­rirlər.

Oxuyucuda aç - Surəni tam oxu