Surə 6 · Cüz 7

Al-An'am · 6:41

بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِنْ شَاءَ وَتَنْسَوْنَ مَا تُشْرِكُونَ

41. Xeyr! Siz yalnız Onu ça­ğı­racaq­sı­nız. Əgər Allah istəsə, Ona uzaqlaşdır­ması haqqında yal­var­dığınız bəlanı ara­dan qal­dı­rar və şə­rik qoşduğunuz şey­lə­ri unu­dar­sınız.

Təfsir

Haqq budur ki, siz, sizi yaradan, istədiyi təqdirdə sizi bəladan qoruyan və zərəri sizdən sovuşduran Allahı qoyub başqasına dua etməyəsiniz. Çünki bunlara qadir olan yalnız Allahdır. Allaha şərik qoşaraq ibadət etdiyiniz bütlərin sizə xeyir və zərər verməyə qadir olmadıqlarını bildiyiniz üçün onları tərk etməlisiniz.

Oxuyucuda aç - Surəni tam oxu