Surə 6 · Cüz 7
Al-An'am · 6:39
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ ۗ مَنْ يَشَإِ اللَّهُ يُضْلِلْهُ وَمَنْ يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
39. Ayələrimizi yalan sayanlar qaranlıqlar içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.
Təfsir
Ayələrimizi yalan sayan kimsələr eşitməyən kar, danışmayan lal kimidirlər və onlar bununla yanaşı qaranlıqlar içində qalmış korlardır. Bu halda olan kimsə necə düz yola yönəlsin?! Allah insanlardan azdırmaq istədiyini azdırar, doğru yola yönəltmək istədiyini isə heç bir əyrilik olmayan düz yola yönəldər.