Surə 6 · Cüz 7
Al-An'am · 6:37
وَقَالُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۚ قُلْ إِنَّ اللَّهَ قَادِرٌ عَلَىٰ أَنْ يُنَزِّلَ آيَةً وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
37. Kafirlər dedilər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bunu bilmir”.
Təfsir
Müşriklər iman gətirməkdən inadkarlıq edərək dedilər: "Niyə Muhəmmədə - səllallahu aleyhi və səlləm - Rəbbindən onun gətirdiyi dinin doğru olmasını təsdiqləyən fövqəladə bir möcüzə endirilməyib?" Ey Peyğəmbər! De: "Şübhəsiz ki, Allah onların istədikləri fövqəladə bir möcüzəni endirməyə qadirdir. Lakin bunu tələb edən müşriklərin çoxu fövqəladə bir möcüznin enməsinin heç də onların tələbi ilə deyil əksinə, bunun Uca Allahın hikməti ilə olduğunu bilmir, çünki Allah onların istədiklərini endirsə bundan sonra da onlar iman gətirməsələr Allah onları həlak edər".