Surə 6 · Cüz 7

Al-An'am · 6:28

بَلْ بَدَا لَهُمْ مَا كَانُوا يُخْفُونَ مِنْ قَبْلُ ۖ وَلَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ

28. Xeyr! Əvvəllər gizlət­dik­­­ləri günah­lar onlara aşkar oldu. Əgər onlar geri qay­tarılsay­dı­lar, yenə də özlərinə qada­ğan olun­muş şeylərə qayıdardılar. Şüb­hə­siz ki, onlar yalançı­dır­lar.

Təfsir

Bu, heç də onların: "Əgər geri qaltarılsaydılar iman gətirərdilər"– dedikləri kimi deyildir. Əksinə, əzaları onların əleyhinə şahidlik etdikdə: "Allaha and olsun ki, biz şərik qoşanlardan deyildik"– əvvəlcə gizlət­dik­­­ləri sözlər onlara aşkar oldu. Əgər onlar dünyaya qay­tarılsay­dı­lar, yenə də özlərinə qada­ğan olun­muş küfr və şirk əməllərə qayıdardılar. Şüb­hə­siz ki, onlar əgər dünyaya qay­tarılsay­dı­lar iman gətirərdilər iddalarında yalan danışırlar.

Oxuyucuda aç - Surəni tam oxu