Surə 6 · Cüz 7
Al-An'am · 6:26
وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْأَوْنَ عَنْهُ ۖ وَإِنْ يُهْلِكُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ
26. Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər.
Təfsir
Onlar həm insanlara peyğəmbərə iman gətirməyi qadağan edər, həm də özləri ondan uzaqlaşırlar, nə bir kimsənin peyğəmbərdən faydalanmasına izin verir, nə də ki, özləri peyğəmbərdən faydalanırlar. Onlar bu əməlləri ilə ancaq özlərini həlak edir və bu əməllərinin onları həlak edilməsinə səbəb olduğunu bilmirlər.