Surə 6 · Cüz 7
Al-An'am · 6:24
انْظُرْ كَيْفَ كَذَبُوا عَلَىٰ أَنْفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ
24. Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları bütlər isə onlardan uzaqlaşıb yox olacaqlar.
Təfsir
Ey Muhəmməd! Bax gör, onlar Allaha şərik qoşduqlarını inkar edərək özlərinə qarşı necə yalan söyləyirlər. Dünya həyatında ibadətdə Allahla yanaşı uydurduqları bütlər isə onlardan uzaqlaşıb yox olacaq və onları köməksiz qoyacaq.