Surə 6 · Cüz 7

Al-An'am · 6:19

قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً ۖ قُلِ اللَّهُ ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ ۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ وَمَنْ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَىٰ ۚ قُلْ لَا أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ

19. De: “Kimin şahidliyi da­ha böyük­dür?” De: “Allah mə­nimlə sizin ara­nız­da Şahiddir. Bu Quran mənə vəhy olun­du ki, onunla si­zi və onun çata­ca­ğı hər kəsi xəbər­dar edim. Mə­gər siz Allah­la ya­naşı ibadətə la­yiq olan başqa məbud­ların oldu­­ğu­na şa­hidlik edir­si­niz?” De: “Mən şa­hidlik et­mirəm!” De: “O, Tək olan İlahdır. Mən si­zin şərik qoş­duqla­rınızdan uza­ğam”.

Təfsir

Ey Peyğəmbər! Səni yalan sayan müşriklərə de: "Mənim həqiqətən də Allahın elçisi olduğuma hansı şeyin şahidliyi da­ha böyük­dür?" De: "Mənim həqiqətən də Allahın elçisi olduğuma ən böyük şahid Allahdır. O, mənimlə sizin aranızda şahiddir, O, mənim sizə nəyin gətirdiyimi və sizin hara qaytarılacağınızı (yaxud: sizin nə cavab verəcəyinizi) bilir. Allah bu Quran mənə sizi və onun çata­ca­ğı insan və cinləri xəbər­dar edib qorxutmağım üçün vəhy etdi. Ey Müşriklər! Mə­gər siz Allah­la ya­naşı ibadətə la­yiq olan başqa məbud­ların oldu­­ğu­na inanrsınız?" Ey Peyğəmbər! De: "Mən iqrar etdiyinizin batil olduğuna görə şa­hidlik et­mirəm. Şübhəsiz ki, Allah təkdir və Onun şəriki yoxdur. Mən si­zin Allaha şərik qoş­duqla­rınız hər bir şeydən uza­ğam".

Oxuyucuda aç - Surəni tam oxu