Surə 6 · Cüz 7

Al-An'am · 6:17

وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِنْ يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

17. Əgər Allah sənə bir zə­rər vur­maq istəsə, bunun qarşı­sını On­dan baş­qa heç kəs ala bil­məz. Əgər sənə bir xe­yir to­xundursa, heç kəs Ona mane ola bil­məz. O, hər şeyə qa­dirdir.

Təfsir

Ey Adəm övladı! Əgər Allahdan sənə bir bəla gələrsə, səni o bəladan Allahdan baş­qa heç kəs qoruya bil­məz. Əgər Allahdan sənə bir xe­yir gələrsə, heç kəs ona mane ola bil­məz. O, hər şeyə qa­dirdir. Onu heç bir şey aciz etməz.

Oxuyucuda aç - Surəni tam oxu