Surə 6 · Cüz 8

Al-An'am · 6:128

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُمْ مِنَ الْإِنْسِ ۖ وَقَالَ أَوْلِيَاؤُهُمْ مِنَ الْإِنْسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِي أَجَّلْتَ لَنَا ۚ قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلَّا مَا شَاءَ اللَّهُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

128. Allah onların hamısını bir yerə toplayacağı gün deyə­cəkdir: “Ey cin tay­fası! Artıq siz insan­lardan bir çoxunu özü­nü­zə tabe et­di­niz”. On­ların in­san­­lardan olan dostları isə de­yə­cəklər: “Ey Rəb­bi­miz! Biz bir-birimizdən fay­da­lan­dıq və bi­zim üçün mü­əyyən et­di­yin əcə­li­mizə yetiş­dik”. Allah de­yə­cək: “Si­zin qa­la­cağınız yer Od­dur. Allahın istə­dikləri kəslərdən başqa siz ora­da əbə­di qala­caq­sınız”. Həqi­qə­tən, Rəbbin hikmət sahibidir, hər şeyi bilən­dir.

Təfsir

Ey Peyğəmbər! Allah insanları və cinləri bir yerə toplayacağı gün onlara: "Ey cin tay­fası! Artıq siz insan­lardan bir çoxunu azdırdınız və Allahın yolundan döndərdiniz"- deyəcəyini yadına sal. İn­san­­lardan onlara tabe olanlar isə Rəbbinə cavab olaraq de­yə­cəklər: "Ey Rəb­bi­miz! Bizdən hər biri digərimizdən fay­da­lan­dıq. Cinlər insanların onlara itaət etməsindən ləzzət aldı, insanlar isə cinlərin onlara xidmət edib istədiklərini etdiklərinə görə cinlərdən fafdalandılar və sonda bi­zim üçün mü­əyyən et­di­yin vaxta, qiyamət gününə gəlib çatdıq". Allah de­yə­cək: "Qəbirlərindən dirilib Cəhənnəmə varid olma arasındakı Allahın istədiyi müddət müstəsna olmaqla od sizin əbədi qa­la­cağınız yerdir". Allah yalnız bu müddət ərzində onların odda əbədi qalmayacaqlarını müstəsna etmişdir. Ey Peyğəmbər! Həqi­qə­tən, Rəbbin hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir, qullarından xəbərdardır və onlardan kimin əzaba layiq olduğunu bilən­dir.

Oxuyucuda aç - Surəni tam oxu