Surə 6 · Cüz 7
Al-An'am · 6:12
قُلْ لِمَنْ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلْ لِلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۚ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
12. De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” Allah Özünə rəhmli olmağı yazmışdır. Gələcəyinə şübhə edilməyən Qiyamət günündə sizi O toplayacaqdır. Özlərini ziyana uğradanlar iman gətirməzlər.
Təfsir
Ey Peyğəmbər! Onlara de: "Göylərdə, yerdə və olanların arasında olan mülk kimə məxsusdur?" De: "Hamısının mülkü Allaha məxsusdur!" Allah Özünə, qullarına lütf edərək, rəhmli olmağı yazmışdır. Onlara əzab verməyə tələsməz, əgər onlar tövbə etməsələr Qiyamət günü hamısını bir yerə cəm edəcəkdir. Bu, şübhə edilməyən bir gündür. Allaha küfr etməklə özlərini ziyana uğradanlar iman gətirməzlər, elə isə özlərini ziyandan xilas etsinlər.