Surə 6 · Cüz 7
Al-An'am · 6:102
ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ
102. Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır.
Təfsir
Ey İnsanlar! Bu sifətlərlə vəsf olunan sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. O, hər şeyin Yaradıcısıdır. Elə isə siz tək Ona ibadət edin, çünki O, ibadətə layiq olan və hər bir şeyi Qoruyandır.