Surə 59 · Cüz 28

Al-Hashr · 59:2

هُوَ الَّذِي أَخْرَجَ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ مِنْ دِيَارِهِمْ لِأَوَّلِ الْحَشْرِ ۚ مَا ظَنَنْتُمْ أَنْ يَخْرُجُوا ۖ وَظَنُّوا أَنَّهُمْ مَانِعَتُهُمْ حُصُونُهُمْ مِنَ اللَّهِ فَأَتَاهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا ۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُمْ بِأَيْدِيهِمْ وَأَيْدِي الْمُؤْمِنِينَ فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ

2. Kitab əhlindən kafir olan­ları ilk dəfə toplayıb öz diya­rından çı­xardan Odur. Siz on­ların çıxacaqlarını güman et­mir­diniz. Onlar isə elə gü­man edir­di­lər ki, qalaları onları Allah­dan qo­ru­ya­caq. Allah isə on­ları gözləmə­dik­ləri yer­dən haq­layıb qəlblərinə qorxu sal­dı. On­lar ev­lərini həm öz əl­ləri, həm də möminlərin əlləri ilə da­ğı­dırdılar. İbrət götürün, ey ağıl sahibləri!

Təfsir

Allaha küfr etmiş və Onun rəsulu Muhəmmədi (səllallahu aleyhi və səlləm) yalançı saymış bənu-Nədir qəbiləsini ilk dəfə toplayıb Mədinədəki yurdundan çıxardıb Şama sürgün edən Allahdır. Bu qəbilə yəhudilərdən olmuş Tövrat əhli idi. Onlar verdikləri əhdi pozduqdan və müşriklərlə əlbir olub peyğəmbərə qarşı çıxdıqdan sonra Allah onları Şama sürgün etmişdir. Ey möminlər! Siz onların güclü və qüdrətli olduqlarından dolayı öz yurdlarından çıxacaqlarını güman etmirdiniz. Onlar da tikdikləri möhkəm qalaları onları Allahın göndərdiyi bəladan və əzabdan qoruyacağını güman edirdilər. Belə ki, Allah Öz rəsuluna onlarla vuruşmağı və onları yurdlarından qovub çıxartmağı əmr etməklə Allahın bəlası onlara gözləmədikləri yerdən gəldi və Allah onların qəlbinə şiddətli qorxu saldı. Onlar öz evlərini içəri tərəfdən dağıdırdılar ki, müsəlmanlar o evlərdən istifadə edə bilməsinlər, müsəlmanlar isə o evləri bayır tərəfdən dağıdırdılar. Ey ağıl sahibləri! Küfr etdiklərinə görə onların başına gəlmiş müsibətdən ibrət götürün. Siz onlar kimi olmayın ki, onlara verilmiş cəza və əzab sizə də verilməsin.

Oxuyucuda aç - Surəni tam oxu