Surə 59 · Cüz 28

Al-Hashr · 59:19

وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ ۚ أُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ

19. Allahı unudan, buna gö­rə də Alla­hın onları özlərinə unut­dur­duğu kəslər kimi ol­mayın! Onlar fasiqlərdir.

Təfsir

Allahın əmrini yerinə yetrməkdən və qadağan etdiyi işdən çəkinməkdən boyun qaçırmaqla Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu, beləliklə də, Allahın qəzəbindən və əzabından qurtaracaq işlər görməyə müvəffəq edilməyən kimsələr kimi olmayın! Allahı unudan - Onun əmrini yerinə yetirməyən, qadağan etdiyindən də çəkinməyənlər Allahın itaətindən çıxmış kimsələrdir.

Oxuyucuda aç - Surəni tam oxu