Surə 59 · Cüz 28

Al-Hashr · 59:14

لَا يُقَاتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِي قُرًى مُحَصَّنَةٍ أَوْ مِنْ وَرَاءِ جُدُرٍ ۚ بَأْسُهُمْ بَيْنَهُمْ شَدِيدٌ ۚ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ

14. Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şə­hər­lər­də və ya divar arxasın­dan vuruşarlar. Onların öz ara­larındakı düş­mənçilik isə çox kəs­kindir. Sən onların həmrəy olduğunu gü­man edirsən, hal­buki onların qəlb­ləri dağınıq­dır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.

Təfsir

Ey möminlər! Yəhudilər hamılıqla sizə qarşı yalnız qalalarla əhatəyə alınmış şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onlar qorxaq olduqlarına görə sizinlə üzbəüz vuruşa bilmirlər. Onların öz aralarındakı düşmənçilik daha betərdir. Sən onların həmrəy olduğunu və bir səfdə olduqlarını güman edirsən, halbuki onların qəlbləri ayrı-ayrıdır. Bu ixrilaf və ədavət ona görədir ki, onlar anlamayan insanlardır. Əgər anlasaydılar, haqqı başa düşüb ona tabe olar və ixtilafa düşməzdilər.

Oxuyucuda aç - Surəni tam oxu