Surə 57 · Cüz 27
Al-Hadid · 57:8
وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِاللَّهِ ۙ وَالرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَاقَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
8. Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, bilin ki, artıq O, sizdən əhd almışdır.
Təfsir
Sizin Allaha iman gətirməyinizə mane olan nədir?! Halbuki, Peyğəmbər sizi Rəbbinizə iman etməyinizi ümid edərək sizi Uca Allaha iman gətirməyə çağırır. Əgər siz möminsinizsə, bilin ki, Allah sizi atalarınızın belindən çıxartdığı zaman Ona iman gətirəcəyinizə dair sizdən əhd almışdır.