Surə 57 · Cüz 27
Al-Hadid · 57:6
يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۚ وَهُوَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
6. O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, kökslərdə olanları bilir.
Təfsir
O, gecəni gündüzə qataraq zülməti gətirir və beləcə, insanlar (yerlərinə uzanıb) yatırlar, gündüzü də gecəyə qataraq havanı işıqlandırır və beləcə, insanlar qalxıb öz işlərinin dalınca gedirlər. O, Öz qullarının kökslərində olanları biləndir, heç bir şey Ona gizli qalmaz.