Surə 57 · Cüz 27
Al-Hadid · 57:24
الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ ۗ وَمَنْ يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
24. O kəsləri ki, özləri xəsislik edir, insanlara da xəsislik etməyi əmr edirlər. Kim haqdan üz çevirsə, bilsin ki, Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.
Təfsir
Özlərinə vacib buyurulan sadəqəni verməyə xəsislik edərlər və başqalarına da xəsislik etməyi əmr edən kimsələr həqiqətən də ziyana uğrayan kimsələrdir. Kim Allaha itaət etməkdən üz çevirsə, Allaha heç bir zərər toxundurmaz, əksinə, yalnız özünə zərər verər. Şübhəsiz ki, Allah, zəngindir və qulunun ibadətinə ehtiyacı yoxdur, həm də hər bir halda tərifə layiq olandır.