Surə 57 · Cüz 27
Al-Hadid · 57:12
يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَىٰ نُورُهُمْ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
12. O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!”– deyiləcək. Bu, böyük uğurdur.
Təfsir
O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. O gün onlara belə deyiləcək: “Bu gün sizin müjdəniz qəsrləri və ağacları altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!" Bu mükafat heç bir bənzəri olmayana böyük uğurdur.