Surə 57 · Cüz 27
Al-Hadid · 57:10
وَمَا لَكُمْ أَلَّا تُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا يَسْتَوِي مِنْكُمْ مَنْ أَنْفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ ۚ أُولَٰئِكَ أَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ أَنْفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
10. Sizə nə olub ki, malınızdan Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır. Sizlərdən mallarını Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Sizə malınızdan Allah yolunda xərcləməyə mane olan nədir?! Halbuki göylərin və yerin mirası Allaha məxsusdur. Ey möminlər! Sizlərdən mallarını Məkkənin fəthindən əvvəl Allahın rizasını qazanmaq üçün Onun yolunda xərcləyib, İslam dininin zəfər çalması üçün kafirlərlə döyüşənlər, mallarını Məkkənin fəthindən sonra xərcləyənlər və kafirlərlə döyüşənlər eyni deyillər. Mallarını Məkkənin fəthindən əvvəl xərcləyənlərin və Allah yolunda kafirlərlə vuruşanların dərəcəsi, mallarını Məkkənin fəthindən sonra Allah yolunda xərcləyənlərdən və kafirlərlə döyüşənlərdən daha üstündür. Lakin Allah hər iki firqəyə Cənnəti vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, bu əməllərin əvəzini sizə verəcəkdir.