Surə 55 · Cüz 27
Ar-Rahman · 55:54
مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ
54. Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaq.
Təfsir
Onlar orada astarları qalın ipəkdən olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin bar verdiyi məhsullar və meyvələr onlara o qədər yaxın olacaq ki, cənnət əhli istər ayaq üstə, istər oturulu vəziyyətdə, istərsə də, uzanmış halda onları dərə biləcəkdir.