Surə 55 · Cüz 27
Ar-Rahman · 55:41
يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ
41. Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.
Təfsir
Qiyamət günü günahkarlar əlamətlərindən - üzlərinin qara, gözlərinin də göy olmasından tanınacaq, üstəlik, kəkilləri ilə ayaqları bir-birinə bitişik halda tutulub yaxalanaraq Cəhənnəmə atılacaqlar.