Surə 53 · Cüz 27

An-Najm · 53:52

وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ

52. Daha öncə Nuh qövmü­nü də məhv etdi, çünki onlar da­ha za­lım, daha azğın kim­sə­lər idi.

Təfsir

Ad və Səmud qövmlərindən əvvəl Nuh qövmünü də məhv etdi. Çünki Nuh qövmü Ad və Səmud qövmlərindən daha zalım və daha azğın bir qövm idi. Nuh öz qövmünün arasında doqquz yüz əlli il qalıb onları Allahın vəhdaniyyətinə dəvət etdi, lakin onlar Nuhun dəvətini qəbul etmədilər.

Oxuyucuda aç - Surəni tam oxu