Surə 53 · Cüz 27
An-Najm · 53:32
الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ
32. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində ruşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir.
Təfsir
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc asiliklərdən çəkinirlər. Böyük günahları tərk etmək və itaəti çoxaltmaqla kiçik günahlar silinir. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. Qulları Ona tövbə etdikləri zaman onların günahlarını bağışlayar. Uca Allah sizin atanız Adəmi torpaqdan yaradanda da, siz analarınızın bətnində mərhələlərlə xəlq ediləndə də sizi yaxşı tanıyırdı. Bunlardan heç bir şey Ona gizli qalmaz. Elə isə Allahdan qorxduğunuzu deyərək özünüzü tərifləməyin! Çünki Allah kimin Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxduğunu yaxşı bilir.