Surə 53 · Cüz 27
An-Najm · 53:29
فَأَعْرِضْ عَنْ مَنْ تَوَلَّىٰ عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا
29. Sən də Bizi zikr etməkdən üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
Təfsir
Ey Peyğəmbər! Sən də Bizi zikr etməkdən üz çevirərək ona məhəl qoymayıb dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər! Beləsi axirətinə inanmadığına görə, o günü üçün heç bir əməl etməz.