Surə 53 · Cüz 27

An-Najm · 53:26

۞ وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ

26. Göylərdə neçə-neçə mə­lək var­ ki, onların şəfaəti Alla­hın istədiyi və Özünün ra­zı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz.

Təfsir

Göylərdə neçə-neçə mə­lək var­ ki, onlar bir kimsəyə şəfaətçilik etmək istəsələr, onların şəfaəti yalnız Alla­hın istədiyi və Onun, haqqında şəfaətçilik edilməsinə razı qaldığı kimsələrə fayda verər. Allah isə Ona şərik qoşan kimsə üçün şəfaətçilik edilməsinə əsla izn verməz və Ondan başqasına ibadət edən kimsə üçün şəfaətçilik edilməsinə əsla razı olmaz.

Oxuyucuda aç - Surəni tam oxu