Surə 53 · Cüz 27
An-Najm · 53:23
إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنْفُسُ ۖ وَلَقَدْ جَاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدَىٰ
23. Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyil. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.
Təfsir
Bu bütlərin adları, (ilahi adların) mənasına uyğun gələn adlardır və bunların ilahi xislətlərə heç bir aidiyyatı yoxdur. Bu adları siz və sizin atalarınız özünüzdən qoymusunuz. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Müşriklər öz etiqadlarında yalnız zənnə qapılır və şeytanın onların könlünə gözəl göstərdiyi, nəfslərinin istəklərinə uyurlar. Halbuki Rəbbindən onlara Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dili ilə doğru yolu göstərən rəhbər gəlmiş, lakin onlar ona tabe olmamışlar.