Surə 51 · Cüz 26
Adh-Dhariyat · 51:9
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ
9. Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
Təfsir
Qurana və Peyğəmbərə (səllallahu aleyhi və səlləm) iman gətirməkdən üz döndərən kimsə, Allahın əzəli elminə əsasən bundan döndərilər. Belə ki, bu əzəli elmə görə o, nə iman gətirər, nə də hidayətə müvəffəq olar.