Surə 51 · Cüz 27

Adh-Dhariyat · 51:50

فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ

50. De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!

Təfsir

Elə isə, Allaha itaət edib Ona asi olmaqdan uzaq durmaqla, Onun əzabından çəkinib Onun verdiyi savaba doğru qaçın! Ey insanlar! Mən sizi Allahın əzabı ilə açıq-aşkar qorxudub xəbərdar edənəm!

Oxuyucuda aç - Surəni tam oxu

Adh-Dhariyat 51:50 · Tlawati