Surə 51 · Cüz 27
Adh-Dhariyat · 51:37
وَتَرَكْنَا فِيهَا آيَةً لِلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ
37. Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
Təfsir
Biz Lut qövmünün diyarında, onların əzaba düçar olduqlarını bildirən nişanələr qoyduq ki, onlara üz vermiş şiddətli əzabdan qorxan kimsələr bundan ibrət alsınlar və canlarını əzabdan qurtarmaq üçün onların etdikləri kimi murdar əməllər etməsinlər.