Surə 51 · Cüz 26

Adh-Dhariyat · 51:30

قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ

30. Onlar dedilər: “Sənin Rəb­bin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Bi­ləndir!”

Təfsir

Mələklər ona dedilər: “Bizim sənə verdiyimiz müjdəni sənin Rəbbin demişdir və Onun dediyinin qarşısını heç kəs ala bilməz. Həqiqətən, O, yaratmaq və qədəri yazmaq xüsusunda Hikmət sahibidir, üstəlik, yaratdıqlarını və nəyin onlara xeyirli olduğunu Biləndir!”

Oxuyucuda aç - Surəni tam oxu