Surə 5 · Cüz 7
Al-Ma'idah · 5:96
أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَكُمْ وَلِلسَّيَّارَةِ ۖ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا ۗ وَاتَّقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ
96. Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!
Təfsir
Allah sizlərdən yerli və ya müsafir olanların özlərinə onda azüqə götürüb faydalanması üçün sizə su heyvanlarını ov etməyi və dənizin sizin üçün diri və ya ölü olaraq çölə ardığını halal etdi. Həcc və ya ömrə ehramda olduğunuz müddətdə isə quruda ov etməyi sizə haram etdi. Allahın əmrlərini yerinə yetirib və qadağan etdiklərindən çəkinməklə Ondan qorxun! Qiyamət günü siz yalnız tək Ona tərəf dönəcəksiz və O, əməllərinizin mükafat verəcəkdir.