Surə 5 · Cüz 7

Al-Ma'idah · 5:94

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَيَبْلُوَنَّكُمُ اللَّهُ بِشَيْءٍ مِنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللَّهُ مَنْ يَخَافُهُ بِالْغَيْبِ ۚ فَمَنِ اعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ

94. Ey iman gətirənlər! Allah sizi əllə­ri­nizin və nizələrinizin ça­ta biləcəyi bir ovla imtahan edə­cək ki, Allah, gizlində (ya­xud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxar­sın. Bun­dan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab ha­zırlan­mış­dır.

Təfsir

Ey iman gətirənlər! Allah, Öz qulları arasında kimlərin Allahın elminə kamil şəkildə iman gətirdiyinə görə, Allahı görmədən Ondan qorxan və etdiyi əməllərinin hamısından xəbərdar olan Xaliqindən həzər edib, quruda ov ovlamaqdan çəkinəcək kimsələri tanımaq – onları üzə çıxarmaq, sonra da (Qiyamət günü) haqq-hesaba çəkmək – üçün, siz ehramda ikən, quruda ovlanan – kiçiyini əlinizlə tuta biləcəyiniz, böyüyünü də, nizələrinizlə vura biləcəyiniz – ov heyvanlarını sizə tərəf yönəltməklə sizi sınağa çəkəcək. Hər kim həcc və ya ümrə ziyarətinə niyyət edib ehrama girdikdən sonra həddi aşıb, quruda ov edərsə, Allahın qadağan etdiyi bir əməli etdiyinə görə, Qiyamət günü ağrılı-acılı əzaba düçar olar.

Oxuyucuda aç - Surəni tam oxu