Surə 5 · Cüz 7
Al-Ma'idah · 5:92
وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا ۚ فَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ
92. Allaha itaət edin, Onun Elçisinə itaət edin və asi olmaqdan çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir.
Təfsir
Şəriətin əmrini yerinə yetirərək, qadağan etdiyindən çəkinərək Allaha və Onun rəsuluna - səllalllahu aleyhi və səlləm - itaət edin və müxalif olmaqdan çəkinin! Əgər bundan üz çevirsəniz, bilin ki, rəsulumuzun öhdəsinə düşən Allahın ona əmr etdiyini çatdırmaqdır, o da artıq bunu çatdırmışdır. Bundan sonra haqq yola gəlməyinniz, özünüz üçündür, pislik etməyiniz də, özünüz üçündür.