Surə 5 · Cüz 7

Al-Ma'idah · 5:84

وَمَا لَنَا لَا نُؤْمِنُ بِاللَّهِ وَمَا جَاءَنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَنْ يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ

84. Nə üçün biz Allaha və bi­zə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməli­saleh ca­maatla birlikdə Cən­nə­tə daxil edə­­cə­yi­nə ümid edi­rik”.

Təfsir

Bizə Allaha və Muhəmmədin - sallallahu aleyhi və səlləm - gətirdiyi haqdan nazil edilənə iman etməyə mane olan səbəb nədir?! Axı biz, peyğəmbərlərlə və onların Allaha itaət edib Onun əzabından qorxan ardıcılları ilə birlikdə Cən­nə­tə daxil olacağımıza ümid edi­rik.

Oxuyucuda aç - Surəni tam oxu