Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:73
لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ ثَالِثُ ثَلَاثَةٍ ۘ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا إِلَٰهٌ وَاحِدٌ ۚ وَإِنْ لَمْ يَنْتَهُوا عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ
73. “Allah üçlüyün üçüncüsüdür!”– deyənlər artıq kafir oldular. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq ağrılı-acılı bir əzab toxunacaqdır.
Təfsir
Həqiqətən "Allah üç ilahdan ibarətdir. Bunlar: Ata, oğul və müqəddəs ruhdur!"– deyən nəsranilər artıq kafir oldular. Allah onların söylədiklərindən uzaqdır, çox ucadır. Allah bir neçə sayda deyil, yalnız O, tək bir İlahdır və Onun heç bir şəriki yoxdur. Əgər onlar söylədikləri bu çirkin sözə son qoymasalar, mütləq ağrılı-acılı əzaba düçar olacaqlar.