Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:68
قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَىٰ شَيْءٍ حَتَّىٰ تُقِيمُوا التَّوْرَاةَ وَالْإِنْجِيلَ وَمَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًا مِنْهُمْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ طُغْيَانًا وَكُفْرًا ۖ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ
68. De: “Ey Kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə, siz doğru bir şey (yol) üzərində deyilsiniz.” Əlbəttə, Rəbbindən sənə nazil edilən Quran onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir toplum üçün heyifsilənmə.
Təfsir
Ey Peyğəmbər! De: "Ey Yəhudi və nəsranilər! Tövratda, İncildə olana və ona iman gətirmədikcə imanınız səhih olmayan Quranda sizə nazil edilənə əməl etmədikcə, siz mötədil bir din üzərində deyilsiniz". Əlbəttə, Rəbbindən sənə nazil edilən Quran, Kitab əhlinin qəlblərindəki həsəd üzündən bir çoxunun tüğyanını və küfrünü daha da artıracaqdır. Sən isə bu kafirlər üçün heyifsilənmə. Sənin ardınca gələn möminlər bəs edərlər.