Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:64
وَقَالَتِ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا بِمَا قَالُوا ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنْفِقُ كَيْفَ يَشَاءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًا مِنْهُمْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ طُغْيَانًا وَكُفْرًا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۚ كُلَّمَا أَوْقَدُوا نَارًا لِلْحَرْبِ أَطْفَأَهَا اللَّهُ ۚ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا ۚ وَاللَّهُ لَا يُحِبُّ الْمُفْسِدِينَ
64. Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Dedikləri bu sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər! Əksinə, Allahın hər iki əli açıqdır, Öz lütfündən istədiyi kimi sərf edir. Rəbbindən sənə nazil edilən kitab onlardan çoxunun azğınlığını və küfrünü artırar. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda, Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!
Təfsir
Yəhudilərə çətinlik və quraqlıq baş verdikdə dedilər: "Allahın əli xeyir və əta bəxş etməkdən bağlıdır, Özündə olandan biz vermir!" Agah olun ki, dedikləri bu sözə görə onların öz əlləri xeyir əməl görməkdən və əta etməkdən bağlandı və Allahın rəhmətindən qovuldular! Əksinə, Uca və Pak olan Allahın hər iki əli xeyir və əta bəxş etməklə açıqdır, O, istədiyi kimi sərf edir. Allah istədiyi bəndənin ruzisini bol edir, istədiyinikini də azaldır. Onu bu işdən mane olan və ya məcbur edən kimsə yoxdur. Ey Peyğəmbər! Yəhudilər qəlblərindəki həsəd üzündən sənə nazil edilən onların hədlərini aşmağı və küfrünü artırar. Biz yəhudi tayfalrının arasına ədavət və kin saldıq. Onlar hər dəfə müharibə üçün cəm olud, döyüş hazırlığı gördükdə yaxud müharibə alovunu yandırmaq istədikdə, Allah onların toplumunu dağıtmış, qüvvələrini isə məhv etmişdir. Onlar daima İslamı məhv edib ona qarşı hiylə işlətməyə çalışaraq yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!