Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:61
وَإِذَا جَاءُوكُمْ قَالُوا آمَنَّا وَقَدْ دَخَلُوا بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا بِهِ ۚ وَاللَّهُ أَعْلَمُ بِمَا كَانُوا يَكْتُمُونَ
61. Onlar sizin yanınıza gəldikdə: “Biz iman gətirdik!”– deyirlər. Halbuki sizin yanınıza küfrlə girmiş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir.
Təfsir
Ey Möminlər! Münafiqlər sizin yanınıza gəldikdə, onlardan bəziləri qəlblərindəki nifaq üzündən sizə özlərinin iman gətirdiklərini büruzə verirlər. Amma həqiqət budur ki, onlar sizin yanınıza girdikdə də, sizin yanınızdan çıxdıqda da, küfrlə girib elə küfrlə də çıxmışdılar. Allah onların sizə özlərini iman əhli kimi göstərib, qəlblərində isə küfrü gizlətdiklərini daha yaxşı bilir və onlara bu əməllərinin cəzasını verəcəkdir.