Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:55
إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
55. Sizin dostunuz ancaq Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, Allaha boyun əyərək namaz qılır və zəkat verirlər.
Təfsir
Yəhudilər, nəsranilər və onlardan başqa olan kafirlər sizin dostunuz deyildir. Əksinə sizin dostunuz və haminiz yalnız Allah, Onun rəsulu və Allaha zəlil halda boyun əyərək namazı kamil şəkildə qılan və mallarının zəkatını verən möminlərdir.