Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:38
وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللَّهِ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
38. Oğru kişinin və oğru qadının, etdikləri əməlin cəzası və Allahdan bir ibrət olaraq əllərini kəsin! Allah qüdrətlidir, hikmət sahibidir.
Təfsir
Ey Hakimlər! Oğru kişinin və oğru qadının, haqsız yerə insanların malların götürdüklərinə görə hər birinə, Allahdan etdikləri əməlin cəzası olaraq, həm onları, həm də başqalarını qorxutmaq məqsədi ilə sağ əllərini kəsin! Allah qüdrətlidir heç bir şey Onu məğlub edə bilməz. O, işlərində və şəriətində hikmət sahibidir.