Surə 5 · Cüz 6

Today I have perfected your religion · Al-Ma'idah 5:3

حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَنْ تَسْتَقْسِمُوا بِالْأَزْلَامِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ ۚ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا ۚ فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِإِثْمٍ ۙ فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

3. Leş, qan, donuz əti, Allah­dan baş­qa­sının adı ilə kəsil­miş, bo­ğul­muş, ağac, daş və s. bu kimi şeylərlə vurulub öldürül­müş, hün­dür bir yerdən yı­xı­lıb gə­bər­­miş, buy­nuzlanıb öl­­müş, yır­tıcı hey­van tə­rə­fin­dən parçala­nıb ye­yil­miş – öl­mə­miş kəsdikləriniz is­tisnadır – dik qoyulmuş daşlar (büt­­lər) üzə­rində kəsilmiş hey­van­lar və fal ox­ları ilə qismət ax­tar­manız sizə haram edildi. Bun­lar gü­nah­dır. Bu gün kafir­lər di­­ninizdən (onu yox etməkdən) ümidlərini kəsdi­lər. Elə isə on­lar­dan qorx­ma­yın, Mən­dən qorxun. Bu gün dininizi sizin üçün ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qa­lar­sa, gü­naha meyl et­mə­yə­rək, haram edilmiş ətlərdən yeyə bilər. Çün­ki Allah ba­ğışla­yandır, rəhmlidir.

Təfsir

Allah sizə kəsilmədən ölmüş heyvanı, axar qanı, donuz ətini, kəsildikdə Allah­dan baş­qa­sının adı ilə kəsil­miş, boğularaq ölmüş, vurulub öldürül­müş, hün­dür bir yerdən yı­xı­lıb gə­bər­­miş, başqa bir heyvanın buynuzu ilə vurulub öl­­müş, aslan, pələnğ və canavar kimi yır­tıcı hey­van tərəfin­dən parçala­nıb ye­yil­miş – qeyd edilən heyvanlardan canı çıxmamış kəsdiyiniz heyvanlar isə sizə halaldır – bütlər üçün kəsilmiş hey­van­lar və üzərində (et) və ya (etmə) sözləri yazılmış daş, yaxud fal ox­ları ilə qeybdən qismət ax­tar­ıb, bu fal oxlarından bəxtinizə çıxana əməl etmənizi haram etdi. Sadalanan bu haramları etmək, Allahın taətindən çıxmaq deməkdir. Bu gün kafir­lər dininizin gücünü gördükdən sonra, sizin İslamdan geri dönmənizdən ümidlərini kəsdi­lər. Elə isə siz on­lar­dan qorx­ma­yın, yalnız Mən­dən qorxun. Bu gün dininiz İslamı sizin üçün ka­mil et­dim, sizə olan aşkar və gizli nemətimi ta­mam­ladım və sizin üçün din olaraq İslamı seçdim. Mən ondan başqa heç bir din qəbul etmirəm. Kim aclıq səbəbindən çarəsiz qa­lar­sa, gü­naha meyl et­mə­yə­rək, ölmüş heyvandan yeməsində ona günah yazılmaz. Çün­ki Allah ba­ğışla­yandır, rəhmlidir.

Oxuyucuda aç - Surəni tam oxu