Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:12
۞ وَلَقَدْ أَخَذَ اللَّهُ مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَبَعَثْنَا مِنْهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا ۖ وَقَالَ اللَّهُ إِنِّي مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ الصَّلَاةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنْتُمْ بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللَّهَ قَرْضًا حَسَنًا لَأُكَفِّرَنَّ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ فَمَنْ كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنْكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ
12. Allah İsrail oğullarından əhd alamışdı. Biz onlardan on iki başçı təyin etmişdik. Allah onlara demişdi: “Mən sizinləyəm. Əgər namazı doğru-düzgün qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onları dəstəkləsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc versəniz, əlbəttə, təqsirlərinizdən keçər və sizi altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizlərdən kim küfr edərsə, artıq doğru yoldan azmış olar.”
Təfsir
Allah İsrail oğullarındanş qabaqda bu haqda daha ətraflı danışılacaq möhkəm əhd alamışdı. Biz onlara on iki başçı təyin etdik. Bu başçıların hər biri, öz öhdəliyində olanlardan cavabdeh idi. Allah İsrail oğullarına demişdi: "Mən Öz köməyim və yardımımla sizinləyəm. Əgər namazı kamil şəkildə qılsanız, mallarınızın zəkatın versəniz, bütün peyğəmbərlərimə onlar arasında heç bir fərq qoymadan iman gətirib onlara ehtiram edib, dəstəkləsəniz və mallarınızı xeyirli işlərdə sərf etsəniz, əgər siz bütün bunları etsəniz, etdiyiniz günahları bağışlayar və qiyamət günü sizi qəsirləri altından çaylar axan cənnətlərə daxil edərəm. Bu möhkəm əhdi aldıqdan sonra kim küfr edərsə, artıq doğru yoldan bilərəkdən və qəsdən üz çevirmiş olar".