Surə 5 · Cüz 7
Al-Ma'idah · 5:119
قَالَ اللَّهُ هَٰذَا يَوْمُ يَنْفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ ۚ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
119. Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur.
Təfsir
Allah İsaya - aleyihssəlam - dedi: "Bu, doğru danışanlara niyyətlərinin, əməllərinin və sözlərinin doğruluqları fayda verəcəyi bir gündür! Onları ağacları və qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları Cənnətlər gözləyir. Onlar orada ölməzlər. Allah onlardan razıdır, heç vaxt onlara qəzəblənməz. Onlara əbəbi nemətlər bəxş etdiyi üçün onlar da Allahdan razıdırlar. Bu, mükafat və razılıq, heç bir uğurun ona bərabər ola bilməyəcəyi böyük uğurdur.