Surə 5 · Cüz 7

Al-Ma'idah · 5:117

مَا قُلْتُ لَهُمْ إِلَّا مَا أَمَرْتَنِي بِهِ أَنِ اعْبُدُوا اللَّهَ رَبِّي وَرَبَّكُمْ ۚ وَكُنْتُ عَلَيْهِمْ شَهِيدًا مَا دُمْتُ فِيهِمْ ۖ فَلَمَّا تَوَفَّيْتَنِي كُنْتَ أَنْتَ الرَّقِيبَ عَلَيْهِمْ ۚ وَأَنْتَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

117. Mən onlara ancaq Sə­nin mənə əmr etdiyini: “Mə­nim də Rəb­bim, sizin də Rəb­biniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şa­hid idim. Sən mə­ni onların ara­sından götür­dükdən son­ra isə onlara nəzarət edən Özün ol­dun. Sən hər şeyə Şahidsən.

Təfsir

İsa - aleyihssəlam - Rəbbinə dedi: "Mən insanlara ancaq Sə­nin mənə əmr etdiyini, onların yalnız Sənə ibadət etmələri əmrinidən başqa bir şey deməmişəm. Mən onların arasında olduğum müddətcə, dediklərinə şahid idim. Ey Rəbbim! Sən mə­ni diri ikən göyə qaldıraraq, onların ara­sından olmağıma son qoyduqdan son­ra əməllərinə nəzarət edən Özün ol­dun. Sən hər şeyə şahidsən. Sənə heç bir şey gizlində qalmaz. Mənim onlara dediyim və onların məndən sonra dedikləri səndən gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Ma'idah 5:117 · Tlawati